Fazil Mustafa Bəxtiyar olayından danışdı: “Dələduzların dalınca çox da sürətlə getməyin”

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafa Bəxtiyar olayından danışdı: “Dələduzların dalınca çox da sürətlə getməyin”

Siyasət

04 Mart 2023 10:35 8031


Xəbər verdiyimiz kimi, ictimai fəal və keçmiş məhbus İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevi ifşa edən sensasion açıqlamalar verib. İlkin Rüstəmzadə bu barədə feysbukda canlı yayım edərək, çıxış edib. O,  Bəxtiyar Hacıyevi “seksual manyak” adlandırıb.

Yenisabah.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa da məsələ ilə bağlı səssiz qalmayıb.

O, sosial şəbəkə hesabında bu barədə yazıb: Sezar pizza

“İlkin Rüstəmzadənin açıqlamasını izlədikdən sonra bu cümləni yazmaq zərurəti duydum: Avropaçılığı, Ateistliyi, Müsəlmançılığı, Amerikaçılığı, Cəbhəçiliyi, YAPçılığı, Müsavatçılığı, regionçuluğu, bütöv və yarımçıq Azərbaycançılığı əksər hallarda bütpərəst formasında yaşayan xalqımızın zavallı insanları. 

Daha bir bütünüz sındı. Bəxtiyar olun!

Gənclərimiz, orta nəslin insanları, sizlərə deyirəm, siyasi, ictimai, dini və başqa dələduzların dalınca çox da sürətlə getməyin, kimsəni bütə çevirməyin, hər sözü, hər fikri zamana və məkana görə təftiş edin, Vətən sevgisini saxta pafoslu vətənpərvərlikdən ayırın. 

Kimlərinsə bundan bəxtiyar görünməsinə aldanmayın, qalıcı olan hansı platformada olursa-olsun bu millətin, bu dövlətin faydası üçün səmimi çalışmaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!