Fazil Mustafa Hacı Sədinin videosunu paylaşdı: “Bu Vətən xainlərinə ayrıca təlimat gəlib”   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafa Hacı Sədinin videosunu paylaşdı: “Bu Vətən xainlərinə ayrıca təlimat gəlib” - VİDEO

Siyasət

26 Sentyabr 2022 22:48 37466


Qafqaz Müsəlmanları İdarəsində çalışan Hacı Sədi yas məclislərinin birində Fazil Mustafanı ciddi tənqid edib. Deputat həmin videonu paylaşaraq tənqidə cavab verib.

Yenisabah.az xəbər verir ki, Fazil Mustafa onu tənqid edənlərin Qumdan gələn mətni oxuduqlarını bildirib:

"Bu Vətən xainlərinə ayrıca təlimat gəlib. Hamısı Qumdan gələn mətni oxuyurlar. Bu şəhidlərimizin qanını ermənin dığası təklikdə tökməyib. Bunların ağası ilə birlikdə töküb. Bunlar şəhidlərimizi qətlə yetirənlərin təbliğatçılarıdır. Sezar pizza

Məmurlarımızın, qurumlarımızın yaratdığı boşluqdan istifadə edib şəhidlərin matəm mərasimlərində düşmənin təbliğatını aparırlar. Bunların Azərbaycan üçün can verən, düşməni məhv edən şiələrə heç bir aidiyyatı yoxdur. Bunlar illərdir din məkanımızı işğal etmiş Qumcuqlardır. Burası Azərbaycandır, orada 30 milyonun hansı zülmlər çəkdiyini görürük, anlayırıq. Rəsulzadənin qurduğu bu işıqlı cumhuriyyəti o qaranlığa gömməyinizə yol verməyəcək oğulların dəmir yumruğunu hökmən dadacaqsınız. Dığalara da, ağalara da bu məmləkətdə at oynatmağa izin verilməyəcək" - deputat bildirib.

Qeyd edək ki, Fazil Mustafa sosial şəbəkələrdə yayılan "Yas mərasimlərində kişilər ağlamaz" ifadəsinə görə din xadimləri tərəfindən tənqid olunub.

Deputatın paylaşdığı videonu təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bekamir
    ...aşığın sözü qurtaranda "dalay, dalay" oxuyar, F.M. və bu qəbildən olan çənəboğazlar arqumentləri tükənəndə dəbdə olan tütəyi çalırlar, amma səsləri küləkdə vıyıldayan qamış kimi bəsit çıxır.
    4 years ago