1 Oktyabr - 11:26
Fazil Mustafadan yayılan fotosuna reaksiya:  “Bunun üçün ya erməni olmalısan, ya “qumcuq”, ya da...”

Fazil Mustafadan yayılan fotosuna reaksiya: “Bunun üçün ya erməni olmalısan, ya “qumcuq”, ya da...”

Siyasət

15 Avqust 2022 19:59 44741


“40 ildir siyasətdəyəm. Hələ qadağan olunan vaxtlarda Azərbaycan dövlət bayrağını universitet binası üzərində dalğalandıranlardan biri olduğumu dövrü yaşamış insanların hamısı bilir. Bayraq, dövlət və millət sevgimə kölgə salmaq üçün ya erməni olmalısan, ya “qumcuq”, ya da nadan. İllərdir ki, belə fotoşopu düzəldib onu müxtəlif platformalarda tirajlayaraq əleyhimə kütləvi təbliğat aparırlar. Hələ başqa əxlaqsız formalarda olan təbliğatı demirəm".

Yenisbah.az xəbər verir ki, bunu deputat Fazil Mustafa qeyd edib.

"Bu üç paylaşıma diqqət yetirin (“Facebook”da paylaşılan fotonu nəzərdə tutur-red). Üçü də guya fərqli platformada olan adamlardır. Biri qum şəbəkəsinin üzvü, biri AXCP üzvü, biri də məlum orqanların üzvü. Demədi deməyin, bunlar iz azdırmaq üçündür. Əslində şəbəkə dövlətin içindəki mütəşəkkil cinayətkar dəstə tərəfindən eyni tezislərlə idarə olunur. Çünki bu “üzvlər” belə arxayınlıqla bir deputatı təhqir edə bilməzlər. Xaricdəki söyüş müxalifəti də eyni vaxtda şəxsimə qarşı təxribatda bunlara qoşulub”, - deyə F.Mustafa bilidirib.

Deputatın qeyd edib ki, bütün trol şəbəkəsinin mənbəyi Bakıdır:

"Ayrı-ayrı fəal deputatlara, jurnalistlərə, məmurlara qarşı təxribat xarakterli informasiyalar da eyni mənbədən gəlir. Ona görə də hansısa quruma şikayəti mənasız hesab edirəm. Həmişə olduğu kimi, təkbaşına da olsa qətiyyətli mübarizəmi aparacağam. Bunu öz dövlətimın salamatlığı üçün edirəm. Anlaşılan budur ki, sosial şəbəkədə bir deputatın, bir məmurun, bir jurnalistin qaragüruhçuluğa, təxribatçılara qarşı mübarizəsi səlahiyyət sahibi olan birilərinin ürəyindən deyil. Şəxsən mən kənarda baş girləməyi, məsuliyyətsiz qalmağı bacarmıram. Ölkə Prezidentinin erməni şəbəkəsinə, xarici düşmənlərə qarşı savaşına bir çoxları kimi təkcə “like” qoymaqla deyil, məhz fəal mövqe ortaya qoymaqla qətiyyətli dəstəyimi bundan sonra da verəcəyəm. Dövlət və millət üçün yazımla, sözümlə yenə də ön mövqedə olacağam. Milli Məclisdə və ondan kənarda xalqın ağrılı problemlərini yenə də çəkinmədən dilə gətirəcəyəm. Yəni əmin olun, getməyəcəyəm, qalacağam. Dövlətim və millətim üçün sonadək faydalı sözümü yazacağam və deyəcəyəm. Sadəcə, sizin əleyhimizə olan bütün paylaşımların mənbəyinə soyuq başla diqqət yetirmənizi istədim”.

undefinedundefinedundefined


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!