Millət vəkili Fazil Mustafanın “İslam qorxusu və müsəlman qoxusu” adlı kitabı nəşr olunub.
“Yeni Sabah” xəbər verir ki, deputatın bildirdiyinə görə, 248 səhifəlik bu kitabda İslam dininə, onun mahiyyətinə, dini həyatın fərqli aspektlərinə aid dövri mətbuatda, elmi dərgilərdə çap olunmuş publisistik və elmi məqalələr yer alır.
Kitabda Azərbaycan cəmiyyətində doğru din anlayışı, xurafat və cəhaləti doğuran amillər, dini-mənəvi dəyərlərin yenidən dəyərləndirilməsi kimi mövzulara toxunulmuş, məzhəbçilik və təriqətçilik təzahürlərinin fərqli baxış bucağından təhlili verilib. Dominos pizza
Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır. “Bu, indiyədək çap olunan 20-ci kitabımızdır. Kitab düşünən və anlayan oxucular üçün nəzərdə tutulub. İnsanlarımızın aydınlanmasına faydalı olacağına ümid edirəm”.
Telegram kanalımız