Fazil Mustafanın parlamentdəki son çıxışı – Video

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafanın parlamentdəki son çıxışı – Video

Siyasət

29 Mart 2023 09:35 1956


Ötən gecə Bakıda evinin qarşısında silahlı terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafanın Milli Məclisin iclasındakı son çıxışlarından biri diqqət çəkib. 

“Yeni Sabah” xəbər verir ki, sui-qəsd cəhdinə uğramış deputat son çıxışlarından birində İranın molla rejimini və bu rejimin havadarlıq etdiyi radikal qrupları sərt tənqid etmişdi.

O, qeyd etmişdi ki, Azərbaycanda milyonlarla manat vəsait xüms adı ilə yığılaraq İrana göndərilir: “Bu, terrorizmin maliyyələşdirilməsidir. Dini ziyarətlər tam dövlətin nəzarətində olmalı, müəyyən yerlərə ziyarət edənlər də riskli qrup kimi nəzərə alınmalıdır. Digər tərəfdən, meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir”. Toyuqlu pizza

Deputat Fazil Mustafanın həmin çıxışını təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!