Bir müddət əvvəl Bakıda yaşadığı ünvanda silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafanın müalicə aldığı xəstəxanadan fotosu yayılıb.
Yenisabah.az xəbər verir ki, foto Real TV-nin rəhbəri Mirşahin Ağayevlə deputatın müsahibəsi zamanı lentə alınıb.
Xatırladaq ki, martın 28-də Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. pizza sifarişi
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Telegram kanalımız