Fazil Mustafanın yaralarının tikişləri söküldü

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafanın yaralarının tikişləri söküldü

Siyasət

20 Aprel 2023 19:20 828


Martın 28-də terror hücumuna məruz qalmış Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafanın yaralarının tikişləri sökülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə deputat sosial şəbəkə hesabında məlumat verib.

O, son otuz ildə ilk dəfə Ramazan ayında oruc tuta bilmədiyini qeyd edib: Dördpendirli pizza

“Namazı məhdud şərtlərlə də olsa bərpa etdim, lakin müalicə prosedurasına tabe olmaq məcburiyyəti oruc tutmağa imkan vermədi. Sevindirici odur ki, bu gün yaralarımın tikişləri söküldü və hər hansı bir fəsad aşkar olunmadı. Hələ ki, sağ ayağımda reabilitasiyaya başlaya bilərəm. Dörd həftə sonra çiyin nahiyəsində də bu prosesi başlamaq nəzərdə tutulur. Hər şey əvvəlkindən də gözəl olacaq. Əsas odur ki, diriyik, güclüyük, inamlıyıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!