Fəhlə Partiyasından deputat seçilmiş həbsdəki fəalın mandatı verildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Fəhlə Partiyasından deputat seçilmiş həbsdəki fəalın mandatı verildi - FOTO

Siyasət

25 May 2023 17:47 729


Türkiyə Ali Seçki Komissiyası 14 mayda keçirilmiş parlament seçkilərində Türkiyə Fəhlə Partiyasının (TİP) proporsional siyahısı üzrə Hataydan deputat seçilən, hazırda həbsdə olan hüquqşünas və aktivist Can Atalayın mandatını verib. 

Modern.az xəbər verir ki, bu barədə TİP-in feysbuk səhifəsində paylaşım edilib. 

"Hatay millət vəkilimiz Can Atalayın mandatını aldıq. Məhkumluğunun sonlandırılması və azadlığa buraxılması üçün partiyanın Hatay vilayət təşkilatı Atalayın vəkilləri ilə birlikdə hüquqi proseduru başladır", - deyə bildirilib.  Dominos pizza

Qeyd edək ki, ictimai fəal Gəzi olaylarına görə ötən il həbs olunub, ona 18 il azadlıqdan məhrumetmə cəzası verilib. Ötən çağırışda TİP-in Hataydan seçilmiş deputatı Barış Atay Atalayın azadlığa çıxması məqsədilə bu seçkidə həmin bölgədən onun namizəd göstərilməsi üçün güzəştə gedib, özü partiyanın Hataydan daha zəif elektorata malik olduğu başqa dairədən namizəd olub və seçilməyib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!