Fəhlələr qəzaya düşdü: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Fəhlələr qəzaya düşdü: Ölən və yaralananlar var

Kriminal

25 Yanvar 2026 10:23 588


Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” APA-nya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan “Qazel” markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlumata görə aşan Qazel markalı mikroavtobus fəhlələri işə aparırmış. pizza sifarişi

Ölən sərnişin 2000-ci il təvəllüdlü V.Əsgərovdur. Xəsarət alanlardan M.Zülfüqarovun adı məlum olub, digərlərinin adı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!