Laçında fəhlə Pərvin Salahovun minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsləri ilə cinayət işi açılıb, istintaqı aparılır.
Xatırladaq ki, 1992-ci il təvəllüdlü P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Daha sonra Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilən fəhlə orada ölüb.
Telegram kanalımız