Fələstin prezidenti parlamenti istefaya göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Fələstin prezidenti parlamenti istefaya göndərdi

Dünya

28 Yanvar 2019 18:43 1112


Fələstin prezidenti Mahmud Abbas Ramallada parlamenti istefaya göndərdiyini bəyan edib. 

“Yeni Sabah” xəbər verir ki, Rami Hamdallanın başçılıq etdiyi hökumətin yerinə dövlət başçısını dəstəkləyən yeni hökumət qurulacaq.

Prezidentin sözlərinə görə, belə qərar konstitusiya məhkəməsinin hökmünə əsasən qəbul edilib: "Biz qanunvericilik orqanının buraxılması və 6 ərzində yeni parlament seçkilərinin keçirilməsi haqqında bu məhkəmə qərarına riayət edəcəyik". pizza hut

Qeyd edək ki, Fələstin Qanunvericilik Şurası 2006-cı il 25 yanvar tarixində 4 illik müddətə seçilib. 2009-cu ilin dekabr ayında isə parlamentin mandatı Fələstinin azad edilməsinin təşkili üzrə Mərkəzi Şura tərəfindən yeni parlament seçkilərinin keçiriləcəyi tarixə qədər uzadılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!