Fələstində daha 2 jurnalist öldürüldü 

saytların hazırlanması

Evə çatdırılma

Fələstində daha 2 jurnalist öldürüldü 

Dünya

29 Yanvar 2024 17:52 409


İsrail ilə “Həmas” hərəkatı arasında münaqişənin kəskinləşməsindən bəri Fələstinin Qəzza zolağında peşə vəzifələrini yerinə yetirərkən həlak olan jurnalistlərin sayı 122-yə çatıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Qəzza Media Ofisinin məlumatında deyilir. 

Son 24 saat ərzində anklavda iki jurnalist həlak olub. Onlardan biri Ramallahda yerləşən Fələstin telekanalının müxbiri İsa əl-Luludur. O, İsrailin yaşadıqları evə endirdiyi zərbə nəticəsində ailə üzvləri ilə birlikdə öldürülüb.  Sezar pizza

İkinci qurban isə İsrailin Əl-Şati düşərgəsini bombalaması zamanı həlak olan Fələstinin Ər-Risalah media fondunun əməkdaşı Məhəmməd Əbdül Fəttah Atallahdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!