“Fənərbaxça” öz meydanında “Beşiktaş”a uduzdu

saytların hazırlanması

Evə çatdırılma

“Fənərbaxça” öz meydanında “Beşiktaş”a uduzdu

İdman

24 Dekabr 2025 01:39 672


Türkiyə Kubokunun C qrupunun açılış matçında “Fənərbaxça” və “Beşiktaş” komandaları qarşılaşıb.

“Yeni Sabah” xəbər verir ki, gərgin mübarizə şəraitində keçən İstanbul derbisi qonaq komandanın qələbəsi ilə başa çatıb - 2:1.

Vatslav Çerninin dublu "Beşiktaş"a səfər qələbəsi qazandırıb. Meydan sahiblərindən isə Marko Asensio fərqlənib. O rəqib qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib. Dördpendirli pizza

Qeyd edək ki, bu nəticədən sonra turnirə qələbə ilə başlayan “Beşiktaş” növbəti turda, yanvarın 15-də “Ankara Keçiörəngücü”nü qəbul edəcək. Yanvarın 14-də isə ilk oyunda məğlub olan “Fənərbaxça” səfərdə “Beyoğlu Yeni Çarşı”nın qonağı olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!