“Fənərbaxça” mövsüm sonunda futbolçusu Roman Noyştedterlə yollarını ayıracaq.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçini qalan 7 oyunda məcbur qalmadığı müddətcə heyətə salmayacaqlar. Buna səbəb kimi, rusiyalı futbolçunun mövsüm sonunda klubdan ayrılacağı göstərilir.
Eyni zamanda forvardın transfer ediləcəyi klubun da adı açıqlanıb. İlkin etimallara görə, o, “Başakşehir”ə transfer ediıləcək. pizza sifarişi
Qeyd edək ki, forvardla 2016-cı ilin yayında 3 illik müqavilə imzalanıb. O, “Fənərbaxça”ya “Şalke” klubdan transfer edilib.
Telegram kanalımız