Fənn olimpiadalarının şəhər mərhələsi keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Fənn olimpiadalarının şəhər mərhələsi keçiriləcək

Sosial

01 Fevral 2019 17:36 933


Fevralın 3-də paytaxt üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, olimpiadaların şəhər mərhələsi paytaxtdakı 16 imtahan mərkəzində təşkil ediləcək.

Olimpiadalar Binəqədi rayonu üzrə 276, Nərimanov rayonu üzrə 36, Nəsimi rayonu üzrə 46 və 54, Nizami rayonu üzrə 32 və 229, Qaradağ rayonu üzrə 139, Sabunçu rayonu üzrə 96 və 310, Suraxanı rayonu üzrə 114, Xətai rayonu üzrə 95 və 245, Xəzər rayonu üzrə 124, Yasamal rayonu üzrə 18 və 53 nömrəli tam orta məktəblərdə, Səbail rayonu üzrə isə 160 nömrəli Klassik gimnaziyada keçiriləcək. Marqarita pizza

Bilik yarışında IX, X və XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri iştirak edəcəklər. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənnləri üzrə təşkil edəcək.

Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!