Ramiz Quliyevlə vida mərasimi davam edir.
Yenisabah.az xəbər verir ki, hazırda onun yaxınları və sənət dostları onunla bağlı vida nitqlərini söyləyirlər.
Xatirələrini bölüşənlərdən biri də Azərbaycan SSRİ Xalq artisti Fərhad Bədəlbəyli oldu: Dominos pizza
"Yaxın dostu itirmək çox çətindir. O əsl pedeqoq idi. Ən yaxşı tələbələr məhz onunla çalışırdılar. Bir neçə metodik kitabların müəllifi və gözəl ailə başçısı idi. Maşallah, 2 oğlu var. Mən başa düşürəm ki, atanı itirmək necə bir hissdir. Çox şükür ki, Əyyub Quliyev onun yolunu davam edir. Şərəflə bu soyadı hər zaman uca tutub".
Fərhad Bədəlbəyli qeyd edib ki, çalışmalıyıq ki, öləndən sonra bizdən geriyə nələrsə qalsın:
"İkimiz də 1947-ci ildə doğulmuşuq. Hamımız bir gün öləcəyik. Elə etmək lazımdır ki, öləndə bizdən arxaya nələrsə qalsın. Belə sənətkarlar Azərbaycanın elitasıdırlar. Belə sənətkarlar var, lakin Ramiz çox fərqli və istedadlı idi. Çox tələbkar idi. Bir az tez getdi, yaşaya bilərdi. Yaxşı ki, azad Şuşanı və Ağdamı, Kəlbəcəri gördü. Qorxurduq ki, oraları bir daha görə bilmərik. Ağdam dağılsa da, Ramiz xoşbəxt idi. Atasının evini tapa bilmədi, inanıram ki, oğlu onun evini tapacaq. Mən də atamı itirəndən sonra özümü itirdim, amma möhkəm olmaq lazımdır. Allah rəhmət eləsin, dostum".
Aydan Hacıbalazadə
Telegram kanalımız