““Beşinci kolon” şərti bir anlayışdır və Azərbaycanın əleyhinə olaraq, xarici ölkənin maraq və mənafeyinə uyğun hərəkət edən bütün qüvvələr “beşinci kolon”a aid olur. Bu isə müxtəlif ölkələrin ola bilər. Lakin məlum tarixi səbəbləri nəzərə alsaq, Azərbaycandakı ən güclü “beşinci kolon” Rusiyaya aiddir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüsyen deyib.
Siyasətçi Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun ötən gün DTX tərəfindən saxlanılmasına münasibət bildirib. pizza
Xatırladaq ki, tanınmış iş adamı Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.
Öz növbəsində P. Hüseyn əlavə edib ki, Rusiyanın xeyrinə casusluq ittihamı ilə həbs olunan və mühakimə edilən kəslər birinci dəfə deyil. AXP sədrinin fikrincə, Fərhad Əhmədov məsələsi ciddi məsələdir:
“Çünki o, son illərdə bir neçə yazıçı ilə gündəmə gəlmişdi və o, Azərbaycan siyasi müxalifətinin əleyhinə çıxışlar edərək iqtidarın müdafiəçisi kimi özünü göstərirdi. O baxımdan, hər halda onun həbs edilməsi sıradan bir hadisə deyil.
Özü də mənim bu barədə təfərrüatlı informasiyalarım yoxdur. İstənilən halda, istənilən ölkənin casusluq hərəkətləri və bu hərəkətləri həyata keçirən insanların qarşısının alınması zəruridir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız