Fərhad Xəlilov saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Fərhad Xəlilov saxlanıldı - Foto

Kriminal

25 Oktyabr 2025 15:56 571


Şirvanda dələduzluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə beş nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb.

Bildirilib ki, adıçəkilən şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlara yüksək məvacibli yaxşı işlə təmin olunmalarında köməkliklər göstərəcəyi barədə vədlər verdiyi və ümumilikdə 15400 manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib. Dominos pizza

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, F.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!