“Avropa İttifaqının Ermənistandakı missiyası sülh və təhlükəsizliklə deyil, Ermənistanın maraqları ilə bağlıdır”.
Yenisabah.az xəbər verir ki, bunu öz "Twitter" səhifəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev yazıb.
O qeyd edib ki, bu tendensiyaya görə Azərbaycan gələcəkdə Avropa İttifaqının missiyası ilə əməkdaşlıq etməyəcək. pizza mizza
Xatırladaq ki, Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter ötən gün absurd bəyanatla çıxış edib. O deyib ki, guya Azərbaycan yaz aylarında Ermənistana hücuma hazırlaşır. M.Ritter bu fikirləri söyləyən zaman Ermənistan tərəfinin informasiyalarına istinad edib.
Telegram kanalımız