Fərid Şəfiyev BMT TŞ-nin iclasına münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Fərid Şəfiyev BMT TŞ-nin iclasına münasibət bildirdi

Siyasət

14 Sentyabr 2022 12:24 1006


“Bu gün Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Toplantıda Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyət müzakirə ediləcək. Sonuncu dəfə belə bir iclas 27 il əvvəl keçirilib".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun BMTM-in dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

Şəfiyev vurğulayıb: "Biz neçə dəfə belə bir iclasın keçirilməsi ilə bağlı müraciət etsək də, bizə bu işlə ATƏT-in Minsk qrupunun məşğul olduğu cavabı verilirdi. Fransa çox narahatdır. Biz bunun səbəbini bilirik. Bu hadisələr göstərir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişkən, dünya 5-dən böyükdür. pizza mizza

Onu da qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnaməsı var idi. Ancaq həmin qətnamələr bu qurum tərəfindən yerinə yetirilmədi.

Nəhayət, 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazanaraq BMT qətnamələrini özü icra etdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!