Fəttah Heydərov nəvəsinin istefasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Fəttah Heydərov nəvəsinin istefasından danışdı

İdman

10 Aprel 2019 22:19 1816


Xəbər verdiyimiz kimi, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib. Bu haqda məlumatı klubun rəsmi saytı yayıb.

Məsələ ilə bağlı Tale Heydərovun özü ilə əlaqə saxlamaq mümkün olmasa da, onun babası, millət vəkili Fəttah Heydərov qısa açıqlama verib. Fəttah Heydərov Tale Heydərovla bağlı xəbəri saytlardan gördüyünü deyib: "Əslində xəbəri indicə saytlardan oxudum. Tale Heydərovun prezidenti olduğu "Qəbələ" İdman Klubundan istefa verməsinə təəccübləndim. Özü ölkə xaricində olduğu üçün hələ ki, heç bir məlumatım yoxdur".

Qeyd edək ki, T. Heydərov 2006-cı ildən bu vəzifədə fəaliyyət göstərirdi. pizza mizza

sonxeber.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!