Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin həbs olunması ilə bağlı xəbərlər yayılıb.
“Yeni Sabah” xəbər verir ki, yayılan xəbərlərdə onun hətta bu gün Türkiyəyə təhvil veriləcəyi də iddia olunur.
Yayılan iddialarla bağlı Türkiyə prezidentinin mətbuat müşaviri İbrahim Kalın açıqlama verib. O, bildirib ki, belə bir məlumata sahib deyil: “FETÖ-yə qarşı mübarizədə mövqeyimiz qətidir. Dünyanın harasında olmasından asılı olmayaraq, biz bu terror təşkilatına qarşı, FETÖ şəbəkəsini ifşa etmək üçün mübarizə aparırıq”. Toyuqlu pizza
Telegram kanalımız