Fevralda  20 dərəcə isti: Səbəbi bilindi - Bizi hansı təhlükə gözləyir?

saytların hazırlanması

Evə çatdırılma

Fevralda  20 dərəcə isti: Səbəbi bilindi - Bizi hansı təhlükə gözləyir?

Sosial

08 Fevral 2024 12:12 28681


Fevral ayı olmasına baxmayaraq, bu gün ölkədə 20 dərəcə isti müşahidə olunur. Qış fəslində olduğumuzu nəzərə alsaq, havanın temperaturunun bu qədər artması müxtəlif müzakirələrə səbəb olub. Maraqlıdır, bu nə ilə bağlıdır? 

Mövzu barədə “Yeni Sabah”a açıqlama verən meteoroloq Cavid Hüseynov bildirib ki, sözügedən hava şəraiti qış fəsli üçün xarakterik deyil: 

“Hal-hazırda ölkə ərazisində müşahidə olunan isti hava şəraiti (havanın maksimal temperaturu Bakıda 20-21°C) qış fəsli üçün xarakterik olmasa da, isti hava şəraitinin yaranmasına səbəb mərkəzi Rusiya ərazisi (Moskva şəhəri) olan siklonun fəaliyyətidir. Belə ki, siklonik fəaliyyətə xas olaraq isti və soyuq atmosfer cəbhələrinin növbələşən hərəkəti nəticəsində ölkə ərazisinə daxil olan isti hava kütləsi əhatə etdiyi ərazilərdə hava şəraitini dəyişməklə əvvəlki günlərlə müqayisədə kəskin temperatur fərqi yaratmışdır. Sinoptik şəraitlə əlaqədar olaraq hal-hazırda müşahidə olunan isti və yağıntısız hava şəraitinin hələ bir neçə gün (təxminən 5-6 gün) davam edəcəyi ehtimalı vardır”.  Dördpendirli pizza

Ekspert bildirib ki, bu cür havanın insan sağlamlığına ciddi təsiri yoxdur: 

“Qış fəsli üçün xaraketrik olmayan isti hava şəraitinin insan sağlamlığına ciddi təsiri olmasa da, temperatur və rütubətliyin dəyişməsi fonunda bəzi bitkilərin mənfi  təsirlərə məruz qalması (cücərmə və inkişafın sürətlənməsi, vaxtından əvvəl tumurcuqlanma, rütubət çatışmazlığı və s.)  gözləniləndir”.

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vuqar Məmmədov
    AGA lara cox böyuk zərəri dəyəcək, əgər 5-6 gün davam edərsə!
    2 years ago