Fevralın 1-dən pensiyaların nə qədər artacağı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Fevralın 1-dən pensiyaların nə qədər artacağı məlum oldu

Sosial

27 Yanvar 2025 12:25 6509


"Fevral ayından 320 manatdan az pensiya ödənilməyəcək. Ən aşağı pensiya 320 manat olacaq. 2024-cü ildə 280 manat minimum pensiya alan vətəndaşlarımız artıq 320 manat pensiya almaq imkanına malik olacaqlar və onların pensiya məbləği 14,3 faiz artacaq".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, pensiyaçılar hər iki artımı hiss edəcəklər: "Yəni minimum pensiya alan vətəndaşlarımızın pensiya məbləği 14,3 faiz artacaq. Bu, Cənab Prezidentin 23 dekabr 2024-cü il tarixli sərəncamına uyğun olaraq həyata keçirilən artımlardır. pizza sifarişi

Digər artımlar pensiyanın indeksləşdirilməsi ilə bağlıdır. Pensiyaların indeksləşdirilərək artırılması hər hansı dövlət qurumu tərəfindən müəyyənləşmir. Bu, qanunvericilik tələbdir və bu faiz hansı bir dövlət qurumu tərəfindən müəyyənləşdirilən artım faizi deyil. Çünki "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiyalar hər il əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilir. Yəni, 2024-cü ildə orta aylıq əməkhaqqı nə qədər artırsa, rəsmi statistikada artım faizinə uyğun olaraq 2025-ci ildə bütün növ əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilir.

İllik rəsmi statistika 2025-ci ilin fevralın ilk 10 günündə elan olunacaq. Amma 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əməkhaqqındakı artım 8 faiz olub. Gözlənti ondan ibarətdir ki, əmək pensiyaları 8 faizə indeksləşdiriləcək. Eyni zamanda indeksləşdirmə zamanı 1,1 milyon vətəndaşımızın pensiyasında artımlar olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Adil
    O Vüqar Bayramov keçən ilin sentyabr ayında deyirdi artım iki rəqəmli, Yəni 10-15 % olacaq inflyasiyaya uyqun, indi verib dala, deyir bir rəqəmli olacaq, Yəni 9 % qədər. Bu bizim alim hələ hesablayıb bir nəticəyə gələ bilmir. Belə iqtisadçı alim olar?
    1 year ago
  • Elxan
    Bu Vüqarda lap bayquşdu e. Bir dəfə bu ifritədən xoş xəbər eşitmədik də. Bunun qardaşını haqq edib həbs etmişdilər, özünü də həbs etsinlər, səsi kəsilsin.
    1 year ago
  • RAHİM
    HƏR ÇIXIŞI İLƏ XALQI QƏZƏBLƏNDİRƏN VÜQAR 8%- LƏ QAŞAYA BİLƏRMİ? 17 manatlıq yağ 23- 25 manat olub. 8% artımla yaşamaq olarmı?
    1 year ago