Bu tarixdə Bakıya intensiv qar yağacaq -   Şaxta olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu tarixdə Bakıya intensiv qar yağacaq - Şaxta olacaq

Sosial

09 Fevral 2026 13:03 84307


Fevralın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  

Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % təşkil edəcək. pizza sifarişi

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

Gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • ruben daldaryan
    0507219517
    3 months ago