Fəxrəddin Abbaszadə həbsxanada yoxa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Fəxrəddin Abbaszadə həbsxanada yoxa çıxdı

Kriminal

01 Mart 2019 17:44 1683


Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lyuberets rayonunda saxlanıldığı təcridxanadan yoxa çıxıb.

Bu barədə “Amnesity İnternational” təşkilatından “Azadlıq“ radiosuna məlumat daxil olub. Onun hazırda harada olması ilə bağlı heç bir məlumat yoxdur.

Məlumata görə, fevralın 27-də Baş Prokurorluqdan təcridxana rəhbərliyinə məktub gətirən şəxslər Fəxrəddin Abbaszadənin azad olunması barədə qərarın olduğunu deyiblər. Amma Abbaszadə naməlum istiqamətə aparılsa da, şəxsi əşyaları təcridxanada saxlanılıb. Sonradan Fəxrəddin Abbaszadənin vəkili də xəbəri təsdiqləyib. pizza

Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!