Fəzail Ağamalı: “Milli Məclis Cavanşir Feyziyevin məsələsinə baxa bilər“

saytların hazırlanması

Evə çatdırılma

Fəzail Ağamalı: “Milli Məclis Cavanşir Feyziyevin məsələsinə baxa bilər“

Siyasət

06 Fevral 2022 13:19 1894


"Milli Məclisin İntizam komissiyasında deputat Cavanşir Feyziyevin məsələsinə baxıla bilər".

Yenisabah.az xəbər verir ki, bunu "Report"a açıqlamasında parlamentin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, deputat Cavanşir Feyziyev və jurnalistlər arasında bu cür münasibətlərin yaranması onda təəssüf doğurur: "Mən hansısa tərəfi günahlandırmaq və ya haqq qazandırmaq fikrində deyiləm. Həmkarımın Azərbaycanda kifayət qədər tanınan jurnalistlər barədə söylədiyi fikirlərini qəbul etmirəm. Onlar öz yollarını tutan, faktlara söykənərək baş vermiş olan hadisələri özlərinə məxsus şəkildə təqdim edən jurnalistlərdir. Onların əməllərində mən nə "xaricə işləmək" əməllərini qəbul edirəm, nə də onların kiməsə işləməliyini qəbul edirəm. Çünki onlar belə jurnalistlər deyillər. Hesab edirəm ki, gərək belə vəziyyət yaranmayaydı. Hər iki tərəfə çağırış edirəm ki, lütfən dayanın. Bundan o tərəfə getməyə ehtiyac yoxdur". Marqarita pizza

Sədr müavini deputatın məsələsinə İntizam komissiyasında mütləq baxılacağı ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini deyib: "Bu məsələnin müzakirəyə çıxarılması üçün orada adıçəkilən jurnalistlər hansısa bir formada parlamentə müraciət etməlidirlər. Həmin müraciətdə təhqirlə bağlı hüquqi baxımdan yanaşmalar, əsaslandırmalar olmalıdır. Milli Məclisin rəhbərliyinin bu məsələyə hansı münasibət bəsləyəcəyi onun səlahiyyətinə aiddir. Əgər parlamentin rəhbərliyi tərəfindən məsələnin İntizam komissiyasında müzakirəsi məsləhət görülərsə, təbii ki, onda komissiya bu məsələyə baxa bilər".

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    MM ARTIQ BİZNESMENLƏR məclisinə çevrilib, hansı birini müzakirə edəcəksiniz?
    4 years ago