Fəzail Ağamalı Milli Məclisdə bu təşəbbüslə çıxış etdi – Video

saytların hazırlanması

Evə çatdırılma

Fəzail Ağamalı Milli Məclisdə bu təşəbbüslə çıxış etdi – Video

Siyasət

14 Noyabr 2023 14:32 615


“Bir neçə gün öncə erməni faşizmi üzərində tarixi qələbəmizin 3 ilini böyük coşqu ilə qeyd etdik. Və qürur hissi ilə Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin Xankəndidə keçirilən qələbə paradını da izlədik.

Yeri gəlmişkən, qələbələrimizə əhəmiyyətli töhfələr verən Prezident Administrasiyasının bütün əməkdaşlarının, hörmətli Baş nazir Əli Əsədovun və onun aparatının, bütövlükdə hökumətimizin rolu danılmazdır və onlar ən yüksək alqışa layiqdirlər”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisinin 2023-cü il 13 noyabr tarixli iclasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib. Sezar pizza

Deputatın sözlərinə görə, hökumətimiz artıq 3 ildir ki, qalib dövlətin büdcəsini yüksək peşəkarlıqla hazırlayıb müzakirəmizə təqdim edir:

“Əvvəlki illərdə olduğu kimi 2023-cü ilin büdcə proqnozu da uğurla yerinə yetirilmiş, dövlət proqramlarına fasilə verilmədən, iqtisadiyyatın dinamik inkişafı təmin olunmaqla, əhalinin sosial vəziyyətinin yüksəlməsinə xüsusi diqqət verilməklə, işğaldan azad edilmiş torpaqlarımızda geniş quruculuq və bərpa işləri aparılmaqla, ölkənin müdafiə qabliyyətinin və təhlükəsizliyinin gücləndirilməsinə xüsusi əhəmiyyət verməklə yanaşı, dövlətimizin valyuta ehtiyatının 66 milyard ABŞ dollara çatdırılması Azərbaycan möcüzəsidir, məsuliyyətli, etibarlı, ləyaqətli, güclü Azərbaycan dövlət modelidir və dünyanı heyrətə gətirən bu möcüzənin  müəllifi cənab Prezident İlham Əliyevdir.

AVP sədri onu da qeyd edib ki, nailiyyətlərimiz göz önündədir və Cənab Prezidentin formalaşdırdığı və idarə etdiyi peşəkar komanda iqtisadi və sosial sahədə də qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməklə, ölkəmizin qüdrətini artırmaqdadır:

“Hörmətli Baş nazir Əli Əsədovun moderatorluğu ilə hökumət əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də nəzərdə tutulan büdcə gəlirlərinin əldə olunması proqnozlarını yüksək göstəricilər ilə yerinə yetirmiş və növbəti 2024-cü il üçün əlverişli təməl formalaşdırmışdır. Bütün bunlar büdcə layihəsində konkret rəqəmlərlə öz əksini tapmışdır”.

“Növbəti il ciddi çağırışlarla önümüzdədir. Dünyada baş verən silahlı toqquşmalar və onların doğurduğu iqtisadi və maliyyə kataklizmləri hökumətimizi daha gərgin çalışmağa səfərbər edəcəkdir. Biz iqtisadi və maliyyə gücümüzü artırmaqla, bir tərəfdən, müdafiə qabiliyyətimizi və təhlükəsizliyimizi gücləndirməli, digər tərəfdən, cəmiyyətin immunitetini möhkəmləndirmək üçün əhalinin sosial durumun sabitliyi davam etməli, başqa tərəfdən isə işğaldan azad olunan ərazilərimizdə bərpa və quruculuq işlərinin intensivliyini artırmalıyıq”, – deyə millət vəkili əlavə edib.

F. Ağamalı əmindir ki, son 5 ilin mürəkkəb sınaqlarından uğurla çıxan, pandemiyanın, erməni işğalına qarşı gərgin mübarizənin doğurduğu çətin situasiyada bütün çağırışları qarşılamağı bacaran dövlətimizə ciddi töhfələr verən hökumətimiz 2024-cü ildə nəzərdə tutulan bütün proqnozları da peşəkarlıqla yerinə yetirəcəkdir.

Milli Məclisin üzvü söyləyib ki, təqdim edilən büdcə layihəsi mükəmməl hazırlanıb və bütün çağırışları özündə ehtiva edir:

“Onu məmnuniyyətlə qəbul etmək olar. Bir neçə təklifimi də diqqətinizə çatdırmaq istərdim:

Birincisi, dünyada baş verən ciddi kataklizmlər göz önündədir. Bunun bölgəmizə sıçraması ehtimalı istisna olunmur. Ona görə də müdafiə və təhlükəsizlik üçün vəsaitin 17 faizdən 20 faizə qaldırılmasını vacib hesab edirəm.

İkincisi, xırda və orta sahibkarlığın inkişafını stimullaşdırmaqda onlara tətbiq olunan vergilərin yüngülləşdirilməsi və kreditlərin əlçatanlığını təmin edən faiz dərəcələrinin aşağı həddə çatdırılması müsbət rol oynayır”.

Partiya sədri vurğulayıb ki, bu baxımdan, Milli Bankda son vaxtlar aparılan islahatlar, xüsusilə uçot dərəcələrinin aşağı salınması təqdirəlayiqdir və sahibkarlığın maliyyələşməsində əhəmiyyətli rol oynayan bu tendensiya davam etdirilməlidir:

“Kreditlərin verilməsinin davamlığını təmin etmək üçün Neft fondundan Mərkəzi Banka sərbəst vəsaitin ayrılması və həmin vəsaitin aşağı faizlə kommersiya banklarına verilməsi kredit faizlərinin aşağı salınmasına ciddi təsir göstərə bilərdi”.

“Üçüncüsü isə ərazi bütövlüyümüz və suverenliyimizin təmin olunmasında əldə etdiyimiz qələbənin yüksək əhval-ruhiyyəsi tədbir olaraq növbəti illərdə tədricən zəifləyəcək və cəmiyyətimiz yeni çağırışlarla üz-üzə gələcəkdir. Bu, yeni iş yerlərinin və həyat şəraitinin daha da yaxşılaşdırılması kimi təbii yanaşmalarla müşahidə olunacaqdır. Hökumətimiz buna hazır olmalı və qabaqlayıcı tədbirləri həyata keçirməlidir.

Gənclərin məşğulluğunu artırmaq məqsədilə peşə hazırlığına və onların işlə təmin olunması növbəti illərin prioritet vəzifələrindəndir. Bu baxımdan tikinti sektorunun aktivləşməsinə, regionlarda emal müəssisələrinin və yüngül sənayenin inkişafı gözlənilən problemlərin həllinə müsbət təsir göstərirdi”, – fikirlərini tamamlayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!