Fəzail Ağamalı mülklərinin siyahısından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Fəzail Ağamalı mülklərinin siyahısından danışdı

Siyasət

05 Fevral 2019 21:33 4364


“Yayılan siyahı fantastik məlumatlardır. Düzdür, yazılan fikirlərin bəziləri düzdür. Bəli, mənim evim “Gənclik”dədir. Məmməd Araz küçəsində iki oğlumun evi var, bu da düzdür. Qızım “Buta” uşaq bağçasının təsisçisidir, ancaq bağçanın binasını icarəyə götürüb. Həqiqətən Novxanıda bağ evim var, ancaq villa deyil. Sadəcə normal şəraiti olan bağ evidir. Vəssalam, siyahıda olan digərləri sadəcə fantastik məlumatlardır”.

“Yeni Sabah” xəbər verir ki, bunu bizimyol.info saytına açıqlamasında Ana Vətən partiyasının sədri, deputat Fəzail Ağamalı deyib. O, sosial şəbəkələrdə ona məxsus olduğu iddiası ilə yayılan əmlak siyahısı ilə bağlı sualı cavablandırıb:

“Nə boru zavodum var, nə icarəyə verdiyim yerim var, nə də Ukraynada meyvə bazarım var. Kaş ki olardı, amma yoxdur (gülür). Olsaydı, deyərdim ki, var və bunu əziyyətlə qazanıb qurmuşam. Çox təəssüf edirəm ki, bu cür yalan informasiyaları buraxırlar sosial şbəkələrə, xəbəri olmayanlar da başlayırlar bunun ətrafında xoşagəlməz fikirlər söyləməyə. Mən dəyərli soydaşlarımızdan xahiş edərsim ki, sosial şəbəkələrdə qeyri-obyektiv, qərəzli məlumatlar yayılanda, onu olduğu kimi qəbul etməsinlər. Ən azı, Fəzail Ağamalının tərcümeyi-halını götürsünlər, onun çıxışlarını izləsinlər, bu qədər əmlakım olaydı, o çıxışları edə bilərdimmi? Mən hələ də o siyahıda olan Əlizadə 112 ünvanında “Xruşovka” binada yaşayıram. Bu, 1988-ci ildə Naxçıvandan Bakıya erməni ilə dəyişdiyim evdir. Hardadır mənim o qədər əmlakım ki, icarəyə də verib. Yerim olsaydı, partiyam “Azəraqrartikinti”nin binasında icarə yerdə niyə yerləşirdi? Yekun olaraq, bir daha deyirəm ki, bunların hamısı iftiradır!” . Sezar pizza

Qeyd edək ki, deputatın sərvəti ilə bağlı yayılan siyahı belədir:

1."BUTA" bağçaları (qızı Günay Ağamalıya aid) 

2. Novxanıda villa (öz adına)

3. Novxanıda villa (oğlu Elçinin adına) 

4. Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 112 ünvanında iki mənzil

5. Məmməd Araz küçəsində iki mənzil

6. Çınqıl zavodu

7. Neftçala rayonundakı “Dördlər” şadlıq sarayı 

8. "555" nömrəli bahalı avtomobillər 

9. Ukraynada meyvə biznesi

10. Atatürk prospektində villa 

11. Oğuzda bir villa

12. Xətai rayon məhkəməsinin binası (icarədədir, F.Ağamalıya məxsusdur) 

13. Boru sexləri (oğlu idarə edir) və s.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!