Ankara şəhərində Hacetepe və Azərbaycan Texniki Universitetlərinin birgə təşkilatçılığı ilə "Türkiyə Cumhuriyyəti və Ulusal Lider Heydər Əliyev"in 100 illiyi münasibətilə konfrans keçirilib.
“Yeni Sabah” xəbər verir ki, Konfransda Hacetepe Universitetinin rektoru, professor Mehmet Cahid Gürən, Texniki Universitetin rektoru, professor Vilayət Vəliyev, ölkəmizin Türkiyədə Böyük elçisi Rəşad Məmmədov və Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı çıxış edib.
Çıxışlarda Türkiyə - Azərbaycan münasibətlərinin tarixi, bu günü və perspektivləri, Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, onun Azərbaycan və Türkiyə əlaqələrinin inkişafında göstərdiyi müstəsna xidmətləri üzərində müzakirələr aparılıb. Dominos pizza
Daha sonra panel dinləmələri keçirilib. Konfrans bədii hissə ilə başa çatıb.
Telegram kanalımız