FHN 3 uşağı belə xilas etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

FHN 3 uşağı belə xilas etdi - Video

Hadisə

07 Fevral 2025 19:45 277


Bakı şəhəri, Xətai rayonunun Gəncə prospektində uşaq evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, cağırış üzrə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindəki mənzilə alpinist ləvazimatlarından istifadə etməklə eyvandan daxil olaraq 2021-ci təvəllüdlü azyaşlını xilas ediblər. Marqarita pizza

Bundan əlavə, Şəmkir rayonu, Səməd Vurğun küçəsində iki azyaşlının evdə köməksiz vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını xüsusi avadanlıqlarla açaraq 2022-ci və 2023-cü il təvəllüdlü uşaqları xilas ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!