FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

saytların hazırlanması

Evə çatdırılma

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Rəsmi

19 Mart 2026 09:39 1027


Fövqəladə Hallar Nazirliyi Novruz və Ramazan bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

"Yeni Sabah" xəbər verir ki, general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərində bayram mərasimlərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!