FHN-dən dənizdə boğulan idmançının ölümünə münasibət: “Orada çimmək qadağandır”

saytların hazırlanması

Evə çatdırılma

FHN-dən dənizdə boğulan idmançının ölümünə münasibət: “Orada çimmək qadağandır”

Hadisə

19 İyun 2020 20:18 888


Fövqəladə Hallar Nazirliyi (FHN) MMA idmançısı Anar Bağışovun dənizdə boğularaq ölməsinə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat Şöbəsinin rəisi, mayor Aqşin Əlilinin Oxu.Az-a verdiyi məlumata görə, dənizin o hissəsində çimmək qadağan imiş:

“Həmin ərazi “12-ci dalan” adlanır. El arasında ora “rus çimərliyi” də adlandırılır. Orada çimmək qadağandır. Bunun üçün o əraziyə qadağanedici lövhələr də yerləşdirmişik. Lakin bununla belə, orada hər il insanlar çimir. Dördpendirli pizza

Həmin ərazidə metal qırıntılar çoxdur. Bundan başqa, dənizin o hissəsi burulğanlıdır. Orada ən sərrast üzgüçü belə batmaq təhlükəsi ilə üzləşə bilər. Hətta bizim dalğıclar belə orada çətinlik çəkir. Ona görə də sizin sayt vasitəsilə əhaliyə bildirmək istəyirik ki, qadağanedici lövhələrin tələblərinə riayət etsinlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!