FHN-dən güclü küləklə bağlı XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

FHN-dən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Sosial

03 Aprel 2024 16:57 468


Fövqəladə Hallar Nazirliyi gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib.

Yenisabah.az xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-ü gün ərzində hava şəraitinin dəyişərək, güclü külək əsəcəyi və yağıntılı olacağı proqnozlaşdırılır. Toyuqlu pizza

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!