FHN dənizdə köməksiz qalan balıqçıları xilas etdi

saytların hazırlanması

Evə çatdırılma

FHN dənizdə köməksiz qalan balıqçıları xilas etdi

Hadisə

04 Noyabr 2019 16:25 1028


Fövqəladə Hallar Nazirliyi (FHN) dənizdə köməksiz qalan 2 balıqçını xilas edib.

FHN-dən "Yeni Sabah"a daxil olan məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərinin Corat qəsəbəsi yaxınlığında dənizdə (sahildən təxminən 1 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən balıqçılar xilas edilib, qayıq isə yedəyə alınaraq sahilə gətirilib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!