Fövqəladə Hallar Nazirliyi qurumda aparılan ixtisarlar xəbəri ilə bağlı açıqlama yayıb.
“Yeni Sabah” xəbər verir ki, nazirliyin yaydığı xəbərdə bildirilir ki, prezident İlham Əliyevin dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin olunması məqsədilə imzaladığı fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində struktur islahatları davam etdirilir.
“Təəssüf hissi ilə bildiririk ki, bəzi KİV-də bu struktur islahatları fonunda Fövqəladə Hallar Nazirliyində geniş ixtisarların aparılması kimi həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Qeyd edək ki, həyata keçirilən struktur islahatları zamanı hər hansı kütləvi ixtisarlar aparılmır və belə ixtisarların aparılması nəzərdə tutulmamışdır. Marqarita pizza
Bir daha KİV nümayəndələrini diqqətli olmağa və həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”.
Qeyd edək ki, Azpolitika.info saytının yaydığı xəbərdə bildirilirdi ki, prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, çevik, yığcam və məqsədyönlü fəaliyyət göstərən yeni strukturun formalaşdırılmasına, dövlət xidmətlərinin optimallaşdırılmasına dair tövsiyyələri ilə bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) də bir sıra işlər həyata keçirilməyə başlanılıb. Bundan sonra nazirliyin fəaliyyətində səmərəliliyinin artırılması və xərclərin azaldılması məqsədilə ciddi struktur və kadr islahatlarına başlanılıb.
“Hətta bəzi strukturlarda işçi heyətinin 50 faizə qədərinin ixtisar olunduğuna dair məlumatlar var. İxtisarlar daha çox FHN-nin institutlarını əhatə edib. Əməkdaşlara fevralın 1-dən işdən çıxarılacaqları haqda xəbərdarlıq olunub. Eyni zamanda nazirlikdə islahatların davam etdiriləcəyi, bəzi strukturların birləşdiriləcəyi bildirilir.
Bütün bu tədbirlər bir tərəfdən təqdir olunur, amma digər tərəfdən də minlərlə insanın işsiz qalması ilə nəticələnir. FHN strukturlarında ixtisara düşənlər də yaxın günlərdə bu işsizlərin sırasına qoşulacaqlar” deyə xəbərdə qeyd olunurdu.
Telegram kanalımız