FHN Qusarda təlimlərə start verib

saytların hazırlanması

Evə çatdırılma

FHN Qusarda təlimlərə start verib

Sosial

31 Yanvar 2019 16:52 982


Azərbaycan  Fövqəladə Hallar Nazirliyi ilə Avstriya Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində yanvarın 26-dan fevralın 4-dək qar uçqunlarında axtarış və xilasetmə, həmçinin xizəksürmə üzrə təlimə start verilib.

“Yeni Sabah” xəbər verir ki, Qusar rayonunun ərazisində  təşkil edilmiş təlimə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev rəhbərlik edir. Həmçinin təlimdə Avstriya Federal Daxili İşlər Nazirliyinin ekspertləri də iştirak edirlər.

Təlimə Nazirliyin Aparatından 3 nəfər, Xüsusi Riskli Xilasetmə Xidmətindən 14 nəfər (11 nəfər xilasedici, 3 nəfər kinoluq) və 4 baş xüsusi təlim keçmiş it, Şimal-qərb Regional Mərkəzindən 3 nəfər, Şimal Regional Mərkəzindən 3 nəfər, eləcə də Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən 2 nəfər xilasedici cəlb edilib. Ümumilikdə təlimə 25 nəfər əməkdaş və 4 baş xüsusi təlim keçmiş it cəlb edilib. Toyuqlu pizza

Təlim Nazirliyin xilasedicilərinin dağlıq zonalarda və meşə massivlərində qar uçqunlarında axtarış və xilasetmə, həmçinin xizəksürmə üzrə təcrübələrinin artırılması və baş vermiş fövqəladə hadisələrə çevik reaksiya verilməsinə daim hazır olmalarını təmin etmək məqsədilə keçirilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!