FHN yanğın təhlükəsinə görə restoranın fəaliyyətini dayandırdı - Video

saytların hazırlanması

Evə çatdırılma

FHN yanğın təhlükəsinə görə restoranın fəaliyyətini dayandırdı - Video

Sosial

26 Sentyabr 2025 20:36 684


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli restoranın fəaliyyətini dayandırıb.

FHN-in Mətbuat Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən "Fidan" restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yoxlama zamanı obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmadığı, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılmadığı aşkar edilib; Marqarita pizza

Həmçinin, müəyyən edilib ki, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, obyektin mətbəxinin tavan hissələri yanar material olan lambirlə üzlənilib, yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən "Fidan" restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!