FHN zabiti Qarabağ qazisinin torpağını zəbt edib -   Video

saytların hazırlanması

Evə çatdırılma

FHN zabiti Qarabağ qazisinin torpağını zəbt edib - Video

Xalqın səsi

21 May 2019 18:01 1726


Fövqəladə Hallar Nazirliyinin əməkdaşı məcburi köçkünün torpaq sahəsini zəbt edib.

Söhbət nazirliyin növbətçi hissəsinin əməkdaşı, baş leytenant Həsənov Mehdi Kamil oğlundan gedir. Nardaranda Ləhiş bağları ərazisində olan torpaq sahəsi mübahisəyə səbəb olub. Belə ki, 2014-cü ildə Qarabağ qazisi Xudiyev Elşən Qüdrət oğlu Qarabağ uğrunda döyüşlərdə iştirakına görə ona dövlət tərəfindən verilən 7,5 sotluq torpaq sahəsini məcburi köçkün Qarayev Rəşad Həsən oğluna satıb.

Bir müddət sonra isə Qarayev Rəşad öz mülkünə baş çəkmək üçün sözügedən əraziyə gedən zaman torpaq sahəsinin başqası tərəfindən hasarlandığını görüb. Satın aldığı mülkün hasarına isə “Satılır” elanı yazılıb. Məsələni aydınlaşdırmaq üçün elanda qeyd olunan nömrəyə zəng edən mülk sahibi FHN-nin əməkdaşı tərəfindən kobudluğa məruz qalıb. Həsənov Mehdi Ağdamdan məcburi köçkün olan Qarayev Rəşadı hədələyərək, vəzifəli qohumları olduğunu bildirib, “get kimə istəyirsən, ona da şikayət et” deyib. pizza sifarişi

Məlum olub ki, Qarayev Rəşad Həsən oğluna məxsus olan torpaq sahəsini Mehdi Həsənova qeyri-qanuni yolla Nardaranın kənd sovetinin sədri Yaşar Orucov satıb. Araşdırmalar nəticəsində o da məlum olub ki, Yaşar Orucov bir dəfə dələduzluğa görə həbs olunub.

İndi isə əlində sənədi, qanuni çıxarışı olan məcburi köçkün çıxılmaz vəziyyətdə qalıb. O, aidiyyatı qurumlardan kömək istəyib:

Yenicag.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!