FIFA finala biletlərin qiymətini kəskin artırdı

saytların hazırlanması

Evə çatdırılma

FIFA finala biletlərin qiymətini kəskin artırdı

İdman

03 Aprel 2026 14:49 394


FIFA 2026-cı ildə ABŞ-da keçiriləcək Dünya çempionatının final oyunu üçün bilet qiymətlərini artırıb.

"yeni Sabah" ESPN-ə istinadla xəbər verir ki, final qarşılaşması "MetLife Stadium" stadionunda baş tutacaq.

Yeni qiymətlərə əsasən, final oyunu üçün ən bahalı biletlər artıq 10 min 990 dollar təşkil edir. Əvvəllər bu məbləğ 8680 dollar idi ki, bu da 26,6 faiz artım deməkdir. pizza sifarişi

İkinci kateqoriyaya aid biletlərin qiyməti 5575 dollardan 7380 dollara yüksəlib (artım 32,4 faiz). Üçüncü kateqoriyalı biletlər isə 4185 dollardan 5785 dollara qədər bahalaşıb ki, bu da 38,2 faiz artım deməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!