FIFA prezidenti Rusiyaya qoyulan qadağanın ləğvini dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

FIFA prezidenti Rusiyaya qoyulan qadağanın ləğvini dəstəklədi

İdman

02 Fevral 2026 19:47 700


FIFA prezidenti Canni İnfantino Rusiyaya qarşı qadağanın ləğvinin vacibliyini vurğulayıb.

"Yeni Sabah" xəbər verir ki, o, “SkyNews”a müsahibəsində bu məsələyə toxunub.

“Mən həmişə qadağalar və sanksiyalara qarşı olmuşam. Məncə bunlar müsbət heç nə gətirmir. Əksinə, daha çox nifrətin yayılmasına səbəb olur”, - Canni İnfantino vurğulayıb. pizza mizza

O, Rusiya qarşı qadağanın heç nəyə nail olmadığını, sadəcə nifrəti və qəzəbi təşviq etdiyini deyib.

Xatırladaq ki, FIFA 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı qadağa tətbiq edir./APA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!