FIFA Ronaldunun komandasına qadağa qoydu

saytların hazırlanması

Evə çatdırılma

FIFA Ronaldunun komandasına qadağa qoydu

İdman

20 Dekabr 2025 16:08 690


FIFA portuqaliyalı hücumçu Kriştianu Ronaldunun da formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, buna ispaniyalı futbolçu Emerik Laportanın transferi zamanı Asiya təmsilçisinin "Mançester Siti"yə (İngiltərə) bəzi ödənişləri yerinə yetirməməsi səbəb olub.

Mənbənin məlumatına görə, 9 milyon avro ödənildikdən sonra qadağa aradan qaldırılacaq. Marqarita pizza

31 yaşlı Laport 2023-cü ildən 2025-ci ilə qədər "Əl-Nəsr"də oynayıb. O, komandada 69 oyun keçirib, doqquz qol vurub və bir məhsuldar ötürmə edib. Oyunçu hazırda İspaniyanın "Atletik" klubunda çıxış edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!