Azərbaycanda keçiriləcək "FIFA Series - 2026" beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.
"Yeni Sabah" xəbər verir ki, Oman millisi turnirdə iştirak etməyəcəyinə görə turnir 2 oyundan ibarət olacaq.
Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq. pizza mizza
Telegram kanalımız