Fikrət Adıgözəlli və Rövşən Binnətli də koronavirusa yoluxub

saytların hazırlanması

Evə çatdırılma

Fikrət Adıgözəlli və Rövşən Binnətli də koronavirusa yoluxub

Mədəniyyət

06 İyul 2020 15:02 1299


"Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daha iki əməkdaşı koronavirusa yoluxub.

Yenisabah.az bildirir ki, bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.

Onun sözlərinə görə, İdman televiziyasının əməkdaşları Fikrət Adıgözəlli və Rövşən Binnətlinin koronavirusla bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb: Sezar pizza

"Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hazırda müalicələri davam etdirilir. Bundan əlavə, digər 5 əməkdaşımız da xəstəxanada müalicə alır. 1 nəfər isə evə buraxılıb".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!