Fikrət Sadıqov Moskva görüşü barədə: “Düşünürəm, bir addım irəliləmişik”

saytların hazırlanması

Evə çatdırılma

Fikrət Sadıqov Moskva görüşü barədə: “Düşünürəm, bir addım irəliləmişik”

Siyasət

26 May 2023 13:54 740


“Həqiqət budur ki, Moskva görüşündə müəyyən nəticələr əldə olundu. Düşünürəm, bir addım irəliləmişik".

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu sabit diplomat Fikrət Sadıqov deyib.

O bildirib: "Bu, birmənalı şəkildə bizim təzyiqimizin nəticəsidir. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan uzun müddət çabalayırdı, həqiqəti qəbul etmək istəmirdi, amma biz onu həqiqətləri qəbul etməyə məcbur etdik. Digər reallıq isə budur ki, hələlik nəqliyyat-kommunikasiyaları, Zəngəzur yolunun açılması ilə bağlı razılıq əldə olunub. Pepperoni pizza

Bir həftədən sonra baş nazirlərin müavinləri bir sıra texniki məsələlərin həlli ilə bağlı görüş keçirəcəklər. Texniki məsələlər də özlüyündə mühüm məsələlərdir. Çox güman ki, postların quraşdırılması məsələsi gündəmə gələcək. Biz öz postumuzu quraşdırmalıyıq, çünki Zəngəzur yolundan təkcə Azərbaycan nəqliyyatı yox, həm də Ermənistanın nəqliyyatı keçəcək.

Hər halda 10 noyabr 2020-ci il bəyannaməsinə görə, yol boyunca rus sərhədçiləri yerləşdiriləcək. Düşünürəm, bu, hərəkətə mənfi təsir göstərməməlidir. Çünki bizim əsas məqsədimiz budur ki, Zəngəzur yolundan Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən yol kimi istifadə edək. İmkan yaranırsa, biz ondan, təbii ki, geniş şəkildə istifadə edə biləcəyik”.

F. Sadıxov qeyd edib: “Paşinyanın iddiasına görə, guya biz Ermənistanın ərazi bütövlüyünə göz dikmişik. Paşinyan hesab edir ki, Zəngəzur ərazisi guya ermənilərin ərazisidir. Dövlət başçımız Paşinyana tutarlı cavab verdi, faktlarla əlaqələndirdi, bildirdi ki, biz o əraziyə göz dikməmişik, sadəcə, beynəlxalq hüquq normalarına uyğun o yoldan dəhliz kimi istifadə edəcəyik və başqa məqsədimiz yoxdur.

Düşünürəm, bir həftədən sonra baş nazirlərin müavinləri səviyyəsində başlayacaq danışıqlar müəyyən texniki çətinlikləri aradan qaldırmalıdır. Hər halda buna çalışacaqlar. Təbii ki, Ermənistan yeni əngəllər törətməsə...”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!