Final matçının hakimləri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Final matçının hakimləri açıqlandı

İdman

13 May 2019 10:31 1258


Futbol üzrə Azərbaycan Kubokunun final matçının təyinatları açıqlanıb. 

"Yeni Sabah” xəbər verir ki, "Qəbələ" və "Sumqayıt" komandaları arasındakı həlledici qarşılaşma çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədova həvalə olunub. Ona yan xətt hakimləri Rahil Ramazanov və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Səbuhi Bayramov yerinə yetirəcək. 

Görüşdə AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.  Sezar pizza

Qeyd edək ki, "Qəbələ" - Sumqayıt" matçı mayın 19-da Naxçıvan Muxtar Respublikasının Stadionunda olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!