“Final oyunu ərəfəsində bu cür bəyanat diplomatik normalara sığmır“

saytların hazırlanması

Evə çatdırılma

“Final oyunu ərəfəsində bu cür bəyanat diplomatik normalara sığmır“

İdman

13 May 2019 12:09 1132


“Mayın 29 u ölkəmiz növbəti dəfə beynəlxalq medianın diqqət mərkəzində olacaq. Bu dəfə, dünyanın futbol aləminin klub turnirləri içərisində ikinci ən mötəbər turniri olan Avropa liqasının finalı Bakıda keçiriləcək. UEFA - nın bu qərarı verilərkən, liqanın finalına hansı komandaların çıxacağı, təbii ki, məlum deyildi. Keçən həftə məlum oldu kı, bu, iki ingilis komandası – Arsenal və Çelsidir. Elə hər şey, bundan sonra başladı”. 

Bu sözləri Bakı Politoloqlar Kluunun sədri Zaur Məmmədov finalın Baıda keçirilməsi ilə bağlı etirazlara münasibət bildirərkən deyib.

“Həmişə olduğu kimi, mötəbər beynəlxalq yarışlardan əvvəl Azərbaycanın bostanına daş atmaq, ölkəmizi mənfi obrazda qələmə vermək lazım idi. Əgər, bu, obyektiv şəkildə olsaydı ingilisləri alqışlamaq olardı. Lakin… Marqarita pizza

Açığı, Britaniya XİN –nin Bakı haqqında dedikləri nəinki gülməli, ingilis nəzər nöqtəsindən, faciəvidir. İngilis XİN –nin bəyanatını olduğu kimi təqdim edirəm- İngiltərənin Xarici İşlər Nazirliyi final üçün Bakıya gələcək vətəndaşlarını xəbərdar edib:

1 “Final oyunu ərəfəsində insanların sıx toplaşdığı yerlərdə, bar və «pub»ların qarşısında, otellərdə dinc insanlara qarşı terror aktları törədilə bilər. Ona görə də ehtiyatlı olun”.

2. “Bakıda cinayətkarlıqla mübarizənin səviyyəsi çox aşağıdır. Siz şəhərin mərkəzində, barların yaxınlığında, gecə klublarında soyğuna məruz qala bilərsiniz. Ona görə də, az işıqlandırılmış yerlərdə, qaranlıq küçələrdə, bar və gecə klublarının ətrafında tək gəzməyin, üzərinizdə çox pul gəzdirməyin. Çalışın heç kimə rüşvət verməyin”.

Birinci tövsiyə ilə bağlı onu qeyd etmək olar ki, Bakıdan fərqli olaraq London və Paris 2000 ci ildən bu tərəfə bir neçə dəfə terrora məruz qalmışlar. Ona görə də, final oyunu ərəfəsində bu cür bəyanat vermək etik və diplomatik normalara sığmayan mövqedir. 1970 ci ildən bugünə qədər Britaniyada ən azı 28 terror aktı həyata keçirilib.

İkinci tövsiyə lap gülməlidir. “Siz şəhərin mərkəzində, barların yaxınlığında, gecə klublarında soyğuna məruz qala bilərsiniz. Ona görə də, az işıqlandırılmış yerlərdə, qaranlıq küçələrdə, bar və gecə klublarının ətrafında tək gəzməyin, üzərinizdə çox pul gəzdirməyin”. Sözün bitdiyi an – buna deyərlər. Maraqlı cümlədir. Bu lap valideynin yeniyetməyə verdiyi məsləhətə oxşayır. Cibindəki puldan ehtiyyatlı ol, oğurlayarlar! Zaman – zaman dünyanın müxtəlif şəhərlərində cinayətlər törədilə bilinər, bundan heç bir şəhər sığortalanmayıb. Son bir neçə ildə London da, Paris də ən qatı cinayatkarlığın mərkəzi olmuşlar. Məsələn, ən son yadımızda qalanlardan elə Parisin küçələrində oğurluğun tüğyan etdiyi, avtomobillərin və mağazaların vitrinlərinin sındırıldığını misal çəkə bilərik. Və ya Londonda bar və klubların ətrafında nələrin tüğyan etdiyi hamıya məlumdur. Bakı London və Parisdən dəfələrlə daha təhlükəsiz şəhərdir. Yaxşı olardı ki, bu kimi bəyanatlar verilərkən statistikaya nəzər yetirilərdi. 2015 - ci ildə, BMT nin Narkotiklər və Cinayətlər üzrə idarəsinin hesabatına əsasən Azərbaycanda zorlama halları 0.33 , soyğunçuluq 2.5, oğurluq 60,86,qaçırılma 0,65,Britaniyada zorlama halları 40,08, soyğunçuluq 63.06, oğurluq 1743,95, qaçırılma 114,47 olub. Beləliklə, statistika hər şeyi deyir”.

Z.Məmmədov bildirib ki, Britaniya XİN - nin bəyanatından sonra ingilis mətbuatı da Bakıda keçiriləcək oyunla bağlı bir sıra nöqsanları qeyd edib:

“Əvvala qeyd edim ki, finalın Bakıda keçirilməsi qərarı UEFA -nın son iki ildə həyata keçirdiyi Avropa qonşuluq siyasəti və futbolun coğrafiyasının yayılması ilə bağlıdır. Təbii ki, Londondan Bakıya məsafənin yaxın olmadığı mənə də məlumdur. Ancaq, burada ingilis eqoizmini kənara atmaq lazımdır. Məgər hansısa gürcü, türk və ya rus idman yarışlarının finalının Londonda və ya Osloda keçirildiyi zaman bu qədər gileylənirdi mi?

İngilislər bilətlərin baha olması və ya artıq satıldığını,vizanın çətinliklə alınmasını qeyd ediblər. Elə bu gün AZAL tərəfindən verilən bəyanata əsasən oyun ərəfəsində bir neçə çarter reysinin həm bizim aviaşirkət ( 40 reys), həm də Avropa aviaşirkətlərinin reallaşmasının mümkünlüyünü bildiriblər. O ki qaldı, viza məsələsinə bu da cəfəngiyyatdır. Avropa liqasının finalının bileti elə özü vizadır.

Yeri gəlmişkən, ataların bir deyimi var – “oğru oğruya oğru deməsə bağrı çartlayar”. İngilis stadionlarında oyunlardan əvvəl və sonra nələrin yaşandığı, ingilis fanatlarının bir – birilərinə və xaricilərə qarşı necə amansız olduqları hamıya məlumdur. Dəfələrlə stadion və kənarlarında kütləvi davaların, ölüm hallarının olması ingilis futbolu və cəmiyyəti adına ləkədir. Futbolda bu kim ləkələri daşıyan bir ölkənin XİN - nin və KİV-nin Bakı ilə bağlı mənfi obrazda çıxışları ən azı ingilislər adına yaxşı hal deyil. İlk dəfə deyil. Azərbaycan dəfələrlə dünya miqyaslı turnirlərin, yarışların, konfrans və forumların ev sahibi kimi ən yüksək, peşəkar təşkilatçı olduğunu sübut edib. Kaş ki, elə başqaları da bizlər kimi qonaqpərvər, sülhsevər və üzügülər olsun”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!