Helsinki Kiyevə təqribən 190 milyon avro dəyərində 22-ci hərbi yardım paketi göndərib.
Yenisabah.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin press-relizində deyilir.
Qərarı hökumətin təklifi ilə respublika prezidenti Sauli Niinistö verib. Dördpendirli pizza
“Ukraynaya uzunmüddətli dəstək üçün milli və daha geniş şəkildə yeni yollar tapılmalıdır. Hazırda biz Ukraynaya dəstək üçün uzunmüddətli plan hazırlayırıq”, - deyə Finlandiyanın müdafiə naziri Antti Hakkänen əlavə edib.
Ümumən Finlandiya Ukraynaya 1,8 milyard avro yardım edib.
Telegram kanalımız