Finlandiya XİN NATO-ya daxil olmaq üçün ərizə imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Finlandiya XİN NATO-ya daxil olmaq üçün ərizə imzaladı

Dünya

17 May 2022 20:25 1024


Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkənin NATO-ya daxil olması üçün ərizəni imzalayıb.

Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl Finlandiya Prezidenti Sauli Niinistö Stokholmdan videobağlantı vasitəsilə ölkə parlamentinin alyansa qoşulması ilə bağlı qəbul etdiyi qərarı rəsmən təsdiqləyib.

Qeyd edək ki, bu gün Finlandiya parlamenti NATO-ya üzv olmaq təklifini dəstəkləyib, 188 deputat lehinə, 8-i isə əleyhinə səs verib. Sənədlər mayın 18-i Brüsselə təhvil veriləcək. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!