Firəngiz Mütəllimova vəfat edən həmkarından yazdı:   “Necə vəfasız dünyada yaşayırıq...“

saytların hazırlanması

Evə çatdırılma

Firəngiz Mütəllimova vəfat edən həmkarından yazdı: “Necə vəfasız dünyada yaşayırıq...“

Mədəniyyət

25 Noyabr 2020 17:04 1357


Xalq artisti Firəngiz Mütəllimova ötən gün dünyasını dəyişən həmkarı, Xalq artisti  Əjdər Həmidovla bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, onunla birgə fotosunu paylaşaraq onun ölümünə inana bilmədiyini qeyd edib:

"Allahım, özümə gələ bilmirəm. Necə vəfasız bir dünyada yaşayırıq. Bu gün varsan sabah yox. Əjdər, sən istedadlı aktyor, səmimi insan, gözəl dost idin. Heyf... Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun. Allah yazanı bəndə poza bilməz. Ailəsinə və bütün sevənlərinə səbr diləyirəm...Nə qədər tamaşalarda tərəf müqabili idik. Əziz dost səni itirdiyimizə hələ də inana bilmirəm". pizza sifarişi

Qeyd edək ki, aktyor bir neçə gün əvvəl insult keçirib və Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. Ötən gün isə xəstəxanada dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!